Donald Tramp prezident məvacibindən imtina edib

Donald Tramp prezident məvacibindən imtina edib
# 14 noyabr 2016 01:42 (UTC +04:00)

ABŞ-ın yeni dövlət başçısı seçilən milyardçı Donald Tramp prezident məvacibindən imtina edib.

APA-nın xəbərinə görə, bunu Tramp CBS telekanalına müsahibəsində bəyan edib.

"Mən maaş almaq fikrində deyiləm. Qanuna uyğun olaraq məvacib almaq mütləqdirsə, ayda 1 dollar ala bilərəm ", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır. “Forbs” jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində olduğu təxmin edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR