Narkoloji Mərkəzdə yanğının söndürülməsində 43 yanğınsöndürən maşın, 160 nəfər şəxsi heyət iştirak edib

Narkoloji Mərkəzdə yanğının söndürülməsində 43 yanğınsöndürən maşın, 160 nəfər şəxsi heyət iştirak edib
# 02 mart 2018 09:06 (UTC +04:00)

Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda bu gün səhər baş vermiş yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 43 maşını və 160 nəfər şəxsi heyəti cəlb olunub.

APA-nın məlumatına görə, yanğınsöndürənlər 7 dəqiqəyə hadisə yerinə çatıb.

Saat 06.10-da başlayan yanğın 08.30-da tam söndürülüb.

31 nəfər yanğından xilas edilib.

Qeyd edək ki, Respublika Narkoloji Mərkəzində bu gün səhər baş vermiş yanğında 24 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR