Ukraynada güclü qar nəticəsində 430 yaşayış məntəqəsi işıqsız qalıb

Ukraynada güclü qar nəticəsində 430 yaşayış məntəqəsi işıqsız qalıb
# 14 noyabr 2016 00:50 (UTC +04:00)

Ukraynada güclü qar nəticəsində 430 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın regional tikinti və mənzil-komunal təsərrüfatı naziri Gennadi Zubko özünün “Feysbuk” səhifəsində yazıb.

“Qeyri-sabit hava nəticəsində Ukraynanın 9 vilayətində elektrik enerjsinin təminatında problemlər yaranıb. Hazırda 430 yaşayış məntəqəsinin elektrik enerjisi kəsilib”, Zubko qeyd edib.

Nazir həmçinin bildirib ki, qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR