Bəzi qanunlara dəyişikliklər layihəsi MM-in plenar iclasına tövsiyə edilib

Bəzi qanunlara dəyişikliklər layihəsi MM-in plenar iclasına tövsiyə edilib
# 18 sentyabr 2017 10:41 (UTC +04:00)

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında bəzi qanun layihələrinə dəyişiklik müzakirə edilib.

APA-nın məlumatına görə, Əmək Məcəlləsinə, “Diplomatik xidmət haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Geodeziya və kartoqrafiya haqqında”, “Heyvanlar aləmi haqqında”, “Muzeylər haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Təhsil haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Yaşayış minimumu haqqında” qanunlarda və “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də texniki dəyişiklik qəbul olunub.

Bütün sənədlərdə elmi müəssisələr sözünün ardınca elmi təşkilatlar sözü əlavə edilib.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR