“Turan Bank"ın depozit portfeli 13% azalıb

 “Turan Bank"ın depozit portfeli 13% azalıb
# 16 iyul 2018 14:49 (UTC +04:00)

2018-ci il iyulun 1-nə "Turan Bank" ASC-nin aktivlərinin həcmi 492,741 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,51% azalma deməkdir.

APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-iyun ayları ərzində bankın kredit portfeli 0,15% artaraq 284,677 mln. manat olub.

Hesabat dövründə bankın depozit portfeli 12,99% azalaraq 226,909 mln. manat olub.

Hesabat dövründə bankın cəmi gəlirləri 16 mln. 725 min manat, cəmi xərcləri isə, 16 mln. 80 min manat təşkil edib.

2018-ci ildə bankın nizamnamə kapitalı dəyişməyərək 55 mln. 3 min manat təşkil edib. Məcmu kapitalı isə 0,91% artaraq 69,797 mln. manat təşkil edib.

Bank bu ilin ilk 6 ayını 205 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR