Rusiyanlı idmançını öldürən azərbaycanlı özünü təqsirli bilməyib

Rusiyanlı idmançını öldürən azərbaycanlı özünü təqsirli bilməyib
# 08 fevral 2018 07:01 (UTC +04:00)

Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətlində təqsirli bilinən azərbaycanlı Anar Allahverənov məhkəmənin ilk iclasında ifadəsində özünü təqsirli bilməyib.

APA-nın Ria “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiyanın Xabarovsk vilayət məhkəməsində keçirilən iclasda təqsirkar A.Allahverənov bildirib ki, dava edib, ancaq cinayət törətməyib.

Bu barədə agentliyə onun vəkili Konstantin Lısenko məlumat verib.

Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər. Onun işi üzrə proses yanvarın 23-də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR