Paytaxtda qadını avtomobil vurub

Paytaxtda qadını avtomobil vurub
# 12 mart 2019 05:31 (UTC +04:00)

Bakının Yasamal rayonunda qadını avtomobil vurub.

ONA-nın məlumatına görə, avtoqəza rayonun Şərifzadə küçəsində qeydə alınıb.

1979-cu il təvəllüdlü Əhmədova Gülsurə Böyükağa qızı yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsində qarşı tərəfə keçərkən onu minik avtomobili vurub. Nəticədə qadın ağır bədən xəsarətləri alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR