Venesuelada müxalifət hakimiyyətlə dialoqdan imtina edib

Venesuelada müxalifət hakimiyyətlə dialoqdan imtina edib
# 27 sentyabr 2017 04:24 (UTC +04:00)

Venesuela müxalifəti hakimiyyətlə sentyabrın 27-nə Dominikan Respublikasında planlaşdırılan dialoqun yeni mərhələsində iştirak etməkdən imtina edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə müxalifət liderlərindən biri olan Luis Florido bildirib.

“Biz məsuliyyəti öz üzərimizə götürürük. Dominikan Respublikasında prosesi davam etdirmək üçün heç bir zəmin yoxdur”, - deyə Florido Karakasda mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət dialoqun davam etdirilməsi üçün şərtlərdən heç birini icra etməyib, həmçinin bu görüşlərin şəffaf qrafiki hələ də tərtib edilməyib: “Danışıqlara başlamaq üçün heç bir ciddi zəmin indiyədək yaranmayıb”.

Danışıqlara sentyabrın ortalarında Dominikan Respublikasında start verilib. Danışıqların aparılmasının təşəbbüskarı İspaniyanın sabiq baş naziri Xose Luis Rodriqes Sapatero və Dominikan Respublikasının prezidenti Danilo Medina olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR