Çeçenistanda İŞİD-lə əlaqəli olduqları bildirilən 60 nəfər saxlanılıb

Çeçenistanda İŞİD-lə əlaqəli olduqları bildirilən 60 nəfər saxlanılıb
# 16 yanvar 2017 13:04 (UTC +04:00)

Çeçenistanda keçirilən xüsusi əməliyyat nəticəsində İŞİD terrorçu qruplaşması ilə əlaqəli olduqları bildirilən 60 nəfər saxlanılıb.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, xüsusi əməliyyat nəticəsində 4 silahlı öldürülüb. Şimali Qafqaz federal dairəsinin hüquq-mühafizə orqanlarından bildirilib ki İŞİD-lə sıx əlaqədə olan şəbəkəni tam ifşa etmək mümkün olub.


Çeçenistan prezidenti Ramzan Kadırov əməliyyatla bağlı ölkənin 8 yaşayış məntəqəsində kütləvi həbslərin aparıldığını və silahlıların ağır cinayətlər hazırladığını deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR