Azərbaycan Kubokunda ilk oyunların vaxtı açıqlanıb

Azərbaycan Kubokunda ilk oyunların vaxtı açıqlanıb
# 09 aprel 2018 13:28 (UTC +04:00)

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk matçlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hər iki qarşılaşma aprelin 12-də keçiriləcək.

İlk görüş paytaxtda oynanılacaq. Belə ki, “Keşlə” “İnter Arena”da “Sumqayıt”ı qəbul edəcək. Bu matç başa çatdıqdan dərhal sonra isə “Qəbələ” ilə “Neftçi” münasibətlərinə aydınlıq gətirəcəklər.

Azərbaycan Kuboku

Yarımfinal (ilk oyunlar)
12 aprel (cümə axşamı)


16:00. “Keşlə” – “Sumqayıt”
“İnter Arena”

18:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR