Xızıda daha 164 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda daha 164 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 14 oktyabr 2017 00:29 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, oktyabrın 13-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində 2 ferma ərazisinə, 2 əkin sahəsinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 164 ədəd partlamamış hərbi sursat (PHS), 60 ədəd partlamış-yanmış mərmi qalıqları və 2 018 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 670 500 kv.m (67.05 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 42 gün ərzində 12 035 ədəd partlamamış hərbi sursat (PHS), 5 030 ədəd partlamış-yanmış sursat qalıqları və 34 143 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 46 088 828 kv.m (4 609 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR