"Nida" üzvünün apellyasiya şikayəti təmin olunmayıb

"Nida" üzvünün apellyasiya şikayəti təmin olunmayıb
# 10 fevral 2017 09:30 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Nida" Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

APA-nın xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Qeyd edək ki, B. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR