Suriyada mühasirəyə alınmış şəhərlərdə 500 minədək uşaq yaşayır

Suriyada mühasirəyə alınmış şəhərlərdə 500 minədək uşaq yaşayır
# 27 noyabr 2016 04:54 (UTC +04:00)

Suriyada mühasirəyə alınan şəhərlərdə humanitar yardımlardan tamamilə kənarda qalmış 500 minədək uşaq yaşayır.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan (UNİCEF) bildirib.

“Mühasirədə yüz minlərlə uşaq yaşayır. Onlar həlak olur, yaralanır, məktəbə getməyə və oynamaq üçün küçəyə çıxmağa qorxurlar, minimal qidadan və tibb xidmətlərindən məhrumdurlar”, - deyə UNİCEF-in icraçı direktoru Entoni Leyka bildirib.

UNİCEF-in son məlumatına görə, Suriyada mühasirəyə alınmış 16 şəhərdə 500 minədək uşaq yaşayır. Onlardan 100 mini şərqi Hələbdə yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR