Mingəçevirdə 28 yaşlı qadın xlordan zəhərlənib

Mingəçevirdə 28 yaşlı qadın xlordan zəhərlənib
# 01 mart 2019 01:09 (UTC +04:00)

Mingəçevir şəhərində kimyəvi maddə ilə zəhərlənmə faktı qeydə alınıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağlar yaşayış massivində baş verib. Belə ki, qonaq gəldiyi ünvanda 1990-cı il təvəllüdlü şəhər sakini Abdullayeva İlahə Abdulla qızı emosional durumda kimyəvi maddə (xlor) içərək zəhərlənib.

Zərər çəkən qadın təcili xəstəxanaya çatdırılıb. Onun durumu orta ağır olaraq qiymətləndirilir.

Qadının hansı səbəbdən bu addımı atdığı məlum deyil. Əldə olunan məlumata görə, hadisə zamanı qeyd olunan ünvanda haylı-küylü içki məclisi olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR