Zərdabda vəhşi heyvanlar kəndə hücum edib

Zərdabda vəhşi heyvanlar kəndə hücum edib
# 10 avqust 2015 11:04 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonunda kəndə vəhşi heyvanların hücumu qeydə alınıb. APA-nın yerli bürosunun kənd sakinlərinə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Mustafa Əhmədovun fərdi təsərrüfatına hücum çəkən çaqqallar çoxlu sayda hinduşka və toyuq-cücəni, Fəridə Qasımovaya məxsus tövlədə isə 1 baş buzovu parçalayaraq tələf ediblər.

Yerli sakinlər Kür sahilində yerləşən Əlibəyli və ətraf kəndlərdə tez-tez analoji hadisələrin baş verdiyini bildirirlər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR