Penitensiar Xidmətdə Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA - VİDEO

Penitensiar Xidmətdə Azərbaycan Milli Mətbuatının 140 illiyinə həsr olunmuş tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 17 iyul 2015 11:29 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə Penitensiar Xidmətin rəis müavinləri - Hüseyn Əlixanov, Nizaməddin Cəlilov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)icraçı direktoru Vüqar Səfərli, "APA Holding"in prezidenti Vüsalə Mahirqızı, “Azad Azərbaycan” Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı iştirak edib.

Tədbirdə çıxış edən H. Əlixanov bildirib ki, Azərbaycanda jurnalistlərin fəaliyyəti dövlətçilik maraqlarına xidmət edir: “Ədliyyə Nazirliyi Penitensiar Xidmət ilə mətbuat orqanlarının əməkdaşlığa böyük əhəmiyyət kəsb edir və bu gün əməkdaşlığımız uğurla davam etdirilir. Penitensiar Xidmətin rəsmi internet saytı fəaliyyət göstərir və bizim keçirdiyimiz tədbirlər, görülən işlər həmin saytda yerləşdirilir ”.

Ə. Amaşov isə çıxışında bildirib ki, Azərbaycanda milli mətbuatın əsası Həsən bəy Zərdabinin yaratdığı “Əkinçi” qəzeti ilə qoyulub: "Həsən bəy Zərdabi göstərirdi ki, xalqın inkişafı mövhumatdan yox elmdən, təhsildən keçir. Mətbuat xalqların inkişafında böyük rol oynayır. Azərbaycanda jurnalistikaya böyük qayğı ilə yanaşılır. 1998-ci il avqustun 6-da Heydər Əliyev tərəfindən Azərbaycanda senzura ləğv olundu. Bundan sonra qanunlar təkmilləşdirildi, mətbuat orqanlarına yardımlar olunmağa başlandı, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara ev verildi”.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru V. Səfərli isə iyunun 2-də prezident İlham Əliyev tərəfindən Azərbaycan Milli Mətbuatının 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalandığını xatırladıb: “İyunun 6-da isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən tədbirlər planı təsdiq olundu. Bir aya yaxındır ki, bununla bağlı regionlarda və Bakıda tədbirlər keçirilir".

Mətbuata dövlət qayğısından danışan V. Səfərli mətbuat nümayəndələri üçün nəzərdə tutulan 255 mənzillik ikinci binanın gələn ilin sonunda jurnalistlərə təhvil veriləcəyini deyib.

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı isə çıxışında medianın, informasiyanın cəmiyyətdəki rolu barədə danışıb: “Bu gün xəbərin yayılma sürəti saniyələrlə ölçülür. Əgər əvvəllər yazılan xəbəri bir gün sonra oxuya bilirdiksə, bu gün internetdə xəbər bir neçə saniyə içərisində yayılır. İlk alınan informasiya insan beyninin alt şüuruna təsir edir. Ondan sonra verilən informasiya doğru informasiya olsa belə, birinci verilən xəbər alt şüurda qalır. Sonradan verilən xəbər insan şüuruna quraşdırılmış informasiya təsiri bağışlayır. Ona görə də bu gün mətbuat xidmətləri, dövlət qurumları ilə medianın işinin daha da sıxlaşmasına ehtiyac var. İnformasiya həm də milli təhlükəsizlik məsələsidir. Ona görə biz hər hansı hadisə baş verdikdə onu dövlət qurumları ilə dəqiqləşdirərək ictimaiyyətə düzgün informasiya verməliyik. İndiki halda bunu etmək çox çətindir. Çünki sosial şəbəkələr mövcuddur, hər kəsin əlində telefon var. İstənilən adam video və yaxud şəkil çəkib özünün profilində paylaşır. Bu baxımdan həm bizim, həm dövlət qurumlarının mətbuat xidmətlərinin işi çətinləşib. Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti bu məsələləri önləyə bilir və mətbuat orqanlar ilə sıx əməkdaşlıq edir ”.

Daha sonra tədbirdə iştirak edən media nümayəndələrinə mükafatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR