Azərbaycan Gürcüstanla neft və qaz məhsullarının ixracını bir ildə 13% artırıb

 Azərbaycan Gürcüstanla neft və qaz məhsullarının ixracını bir ildə 13% artırıb
# 21 avqust 2015 13:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Gürcüstan Azərbaycandan 183 642,9 min dollar dəyərində 895 213,6 kubmetr yanacaq qazı və digər qazlar idxal edib.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,8% çoxdur. Keçən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan yanacaq qazının həcmi dəyər baxımından isə 13,0% artıb.

Bu ilin yeddi ayında Gürcüstan Azərbaycandan 79 387,4 min dollar dəyərində 150 097,2 ton yanacaq və yanacaq yağları idxal edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,92% çoxdur.

Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə isə Gürcüstandan ixrac olunan yanacaq və yanacaq yağlarının həcmi dəyər baxımından 41,4% azdır.

Qeyd edək ki, Azərbaycandan Gürcüstana ixrac olunan məhsulların 58,1%-i yanacaq qazı və digər qazlar, 25,1%-i isə yanacaq və yanacaq yağlarının payına düşür.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 316 078,4 min dollar dəyərində məhsul ixrac edilib. Bu, ötən ilin eyni dövrü müqayisədə 9,1% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR