Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb

Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb
# 25 noyabr 2016 14:45 (UTC +04:00)

2017-ci ildə keçiriləcək Konfederasiyalar kubokunun mükafat fondu açıqlanıb. Apasport.az saytının məlumatına görə, Rusiyada təşkil ediləcək yarışın iştirakçıları ümumilikdə 20 milyon dollar qazanacaq.

Turnirin qalibi 4,1, finalçısı 3,6 milyon gəlir əldə edəcək. Bürünc mükafatçı 3, medal şansını sonda əldən verən komanda 2,5 milyon mükafata sahib çıxacaq. Mübarizəni qrupda başa vuran digər 4 komandanın hərəsinə 1,7 milyon ödəniləcək.

Qeyd edək ki, Moskva, Sankt-Peterburq, Kazan və Soçidə keçiriləcək Konfederasiyalar kuboku iyunun 17-də start götürəcək. İyulun 2-dək davam edəcək yarışda Rusiya, Almaniya, Portuqaliya, Çili, Avstraliya, Meksika, Yeni Zelandiya və Afrika çempionu iştirak edəcək. Kubokun püşkatması sabah keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR