Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsi ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb
# 01 aprel 2018 12:27 (UTC +04:00)

Bu gün keçirilən rezidenturaya qəbul imtahanının birinci mərhələsi ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası yaradılıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Apelyasiya Komissiyası Bakı şəhəri, A. Salamzadə küçəsi, 28 ünvanında (keçmiş Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apelyasiya Komissiyasına 2-4 aprel il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR