Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib

 Rusiya-Azərbaycan Biznes Şurasına yeni sədr seçilib
# 17 iyul 2018 09:40 (UTC +04:00)

Rusiya-Azərbaycan Biznes Şurasının iclası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Ticarət Sənaye Palatasında keçirilən iclasda Rusiyanın iqtisadi inkişaf naziri. Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Maksim Oreşkin, Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov, Rusiya Ticarət-Sənaye Palatasının sədri Sergey Katırin və Biznes Şurasının üzvləri iştirak ediblər.

İclası giriş sözü ilə Palatanın sədri S. Katırin açaraq Biznes Şurasının keçmiş sədri Pyotr Fradkovun fəaliyyətini yüksək qiymətləndirib. O, gündəliyə Şuraya yeni sədrin seçilməsinin, icraçı direktorun təsdiq edilməsinin, 2018-ci il üçün fəaliyyət planının qəbilunun daxil olduğunu söyləyib.

Rusiya-Azərbaycan Biznes Şurasının sədri vəzifəsinə "R-Farm" şirkəti Direktorlar Şurasının sədri Aleksey Repikin namizədliyi irəli sürülüb.

A. Repik Rusiya-Azərbaycan Biznes Şurasının sədri seçilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR