Bank Of Baku

Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb

Gürcüstanın olimpiya çempionu üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb
# 17 avqust 2021 10:44 (UTC +04:00)

Gürcüstanın olimpiya çempionu Zurab Zviaduri üç nəfərin qətlində şübhəli bilinərək saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı daha bir nəfərin də saxlanıldığı bildirilir. 

Silahlı insident ötən gün Kaxetinin Tsinidali kəndində baş verib. Faktla bağlı araşdırmaların davam etdiyi bildirilir. 

Qeyd edək ki, cüdoçu Z. Zviaduri 2004-cü ildə Afinada keçirilən yay olimpiya oyunlarının qızıl medalçısıdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR