Bank Of Baku

FHN: Ölkənin şimal-qərb bölgəsində yağışın yaratdığı fəsadların aradan qaldırılması təmin edilib

FHN

© APA | FHN

# 24 sentyabr 2021 10:45 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 yanğına çıxış və 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 1 nəfər xilas edilib, həmçinin helikopter cəlb edilməklə xilasedicilər tərəfindən sel nəticəsində Katexçay çayının Zaqatala rayonunun Mazıx kəndindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Abdulxalıqov Abdulbari Müslüm oğlunun meyiti çaydan götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də ölkənin şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində yaranmış fəsadların aradan qaldırılması istiqamətində Nazirliyin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR