Suraxanıda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib

Suraxanıda narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib
# 07 may 2018 12:02 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində növbəti tədbir keçirilib.

APA-nın xəbərinə görə, qəsəbədəki 85 və 89 saylı orta məktəblərdə keçirilən tədbirlərdə Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov ölkənarkomaniyaya qarşı davamlı işlər görüldüyünü deyib.

N.Həsənov bildirib ki, Azərbaycan prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Daxili İşlər Nazirliyi orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçirir. Bu il Suraxanı rayonunun ayrı-ayrı orta ümumtəhsil müəssisələrində bu tipli tədbirlər təşkil olunub.

N.Həsənov Suraxanıda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşdüyünü qeyd edib. Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri rayon ərazisində aparılan maarifləndirmə işi, həmçinin "qaynar xətt”in yaradılmasıdır.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR