Azərbaycan prezidenti Ağstafada Musiqi Mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti Ağstafada Musiqi Mərkəzinin açılışında iştirak edib
# 19 oktyabr 2016 12:52 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Ağstafa Rayon Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısı Mədəniyyət Mərkəzinin binasında yaradılan şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, Binada yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Havalandırma sistemi ilə təchiz olunan binanın ümumi sahəsi 680 kvadratmetrdir. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb, müasir işıqlandırma sistemi yaradılıb, səkilərə dekorativ daş döşənib, asfalt örtüyü yenilənib.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Ağstafa şəhərində Musiqi Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.

Dövlət başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi Mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib. Ümumi tikinti sahəsi 2400 kvadratmetrə yaxın olan bina mərkəzi isitmə sistemi ilə təchiz olunub, müasir havalandırma qurğuları quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR