Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb

Azərbaycana pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb
# 11 mart 2019 15:10 (UTC +04:00)

Gömrükdə qanunsuz keçirilən külli-miqdarda pirotexniki vasitə aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn bu ölkə vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb.

Nəticədə, nəqliyyat vasitəsinin salonunda, arxa oturacağının söykənəcəyində və sağ sol qanadlarda xüsusi düzəldilmiş saxlanc yerindən üzərində "Triangle Cracker" yazısı olan 1900 ədəd, üzərində "Piratki" yazısı olan 2250 ədəd pirotexniki vasitələr aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR