İrandan Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana psixotrop maddənin keçirilməsinin qarşısı alınıb
# 05 noyabr 2016 07:56 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi yük avtomobilinin yoxlanması zamanı avtomobilin kabinəsində üzərində “XANAX 0,5 mg ALPRAZOLAM ” sözləri yazılmış 100 konvalyut dərman preparatı aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, aşkar edilən 100 konvalyutda ümumi sayı 1000 ədəd olan həbdə alprazolamın təsiredici maddəsinin ümumi miqdarı 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, alprazolam adlı dərman preparatı “Azərbaycan ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr”in III Siyahısına daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR