Ağdam sakini qarpızdan zəhərlənib

Ağdam sakini qarpızdan zəhərlənib
# 31 iyul 2017 17:46 (UTC +04:00)

Ağdamda zəhərlənmə olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun İmamqulubəyli qəsəbəsində baş verib.

Qəsəbə sakini, 25 yaşlı Qurbanova Məxmər qarpız yedikdən sonra özünü pis hiss edib. O, təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, M. Qurbanovanın vəziyyəti orta ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR