Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 448 nəfərə çatıb

Nikaraquada iğtişaşlar nəticəsində ölənlərin sayı 448 nəfərə çatıb
# 27 iyul 2018 02:53 (UTC +04:00)

Nikaraquada apreldən davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 448 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.

“Ölənlərdən 31 nəfəri həddi-buluğa çatmayan şəxslərdir, 2083 nəfər yaralanıb”, - deyə məlumatda bildirilir.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər.

Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR