Keçmiş MTN-in şöbə rəisi məhkəmədə rüşvət almadığını deyib

Keçmiş MTN-in şöbə rəisi məhkəmədə rüşvət almadığını deyib
# 18 yanvar 2018 15:05 (UTC +04:00)

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Hafiz Ələsgərovun APA-ya verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda o və təqsirləndirilən şəxs çıxış edib. H. Ələsgərov vəsatətlə çıxış edərək zərərçəkmiş şəxslərin rüşvət verməsində vasitəçi olduğu iddia edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini istəyib.

Bildirib ki, həmin şəxslər cinayəti bilib gizlədiblər. Məhkəmə vəsatətə növbəti iclasda münasibət bildirəcək.

İclasda çıxış edən V. Ələkbərov isə sübutların saxtalaşdırıldığını deyib. Bildirib ki, bütün bunlar məhkəmədə sübuta yetirilib.

O, heç kimdən rüşvət almadığını deyib.

Proses yanvarın 25-də davam edəcək.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR