Bakıda məcburi eniş edən Rusiya təyyarəsi sabah Moskvaya yola düşəcək - YENİLƏNİB

Bakıda məcburi eniş edən Rusiya təyyarəsi sabah Moskvaya yola düşəcək - YENİLƏNİB
# 11 mart 2019 21:00 (UTC +04:00)

Saat 20:08

Bu gün Bakıda təcili eniş edən Rusiyanın “Ural Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi sabah Moskvaya yola düşəcək.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.

Qeyd olunub ki, hazırda sərnişinlər Bakıda mehmanxanalara yerləşdirilib: “Hadisənin bütün təfərrüatlarının aydınlaşdırılması üçün onlarla xüsusi xidmət orqanlarının əməkdaşları işləyir. Sabah sərnişinlər yerli vaxtla saat 10:00-da eyni təyyarə ilə Moskvaya yola salınacaqlar”.

Xatırladaq ki, Rusiya şirkətinə məxsus “Airbus A321” tipli təyyarə Bəhreyndən Moskva istiqamətində uçarkən göyərtəsində bomba olması ehtimalına görə Bakıda təcili eniş edib. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 225 nəfər olub.

* * *

Saat 21:00

Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili enən “Uralskie Avialinii” aviaşirkətinə məxsus təyyarə Moskvaya martın 12-də səhər saatlarında yola düşəcək.

Hava limanının mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, təyyarənin sərnişinləri hoteldə yerləşdiriləcək.

Hava gəmisində partlayıcı qurğunun yerləşdirilməsi şübhəsi mövcud olduğuna görə Bakıda qəza enişi edən “Uralskiye Avialinii” aviaşirkətinin A321 təyyarəsinə hələlik mütəxəssislər tərəfindən baxış keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR