Meksikada hərbi təyyarə qəzaya uğrayıb

Meksikada hərbi təyyarə qəzaya uğrayıb
# 18 iyul 2018 03:40 (UTC +04:00)

Meksikanın Oaxaka ştatında ölkənin Hərbi-Hava Qüvvələrinə məxsus “T6 Texan” təyyarəsi qəzaya uğrayıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində yaralanan iki pilot hospitala yerləşdirilib, onların həyatlarına təhlükə olmadığı bildirilir.

Məlumata əsasən, təlim uçuşu həyata keçirən təyyarə hərbi bazanın yaxınlığında qəzaya uğrayıb. Hər iki pilot vaxtında katapult edə bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR