Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olub

Bakıda Respublika Günü münasibətilə hərbi orkestrlərin çıxışları olub
# 28 may 2018 17:15 (UTC +04:00)

Bu gün 28 May - Respublika Günü münasibətilə Bakıda hərbi orkestrlərin çıxışları təşkil olunub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hərbi orkestrlər Bakının müxtəlif yerlərində - Dənizkənarı Milli Parkda (Azadlıq meydanı qarşısında), Dənizkənarı Milli Parkda (Az.Neft meydanı qarşısındakı Dövlət Bayrağının önündə), Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında, Zabitlər parkında çıxışlar edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR