Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib

Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib
# 12 noyabr 2017 17:28 (UTC +04:00)

Lənkəranda bağlı qapı arxasında qalmış qadın xilas edilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran şəhəri, 9 nömrəli binada qeydə alınıb.

Həmən binanın 64 nömrəli mənzilində yaşayan və yataq xəstəsi olan 1994-cü il təvəllüdlü Şəbnəm Azad qızı Həsənli köməksiz vəziyyətdə qapı arxasında qalıb.

Hadisə Yerinə FHN-nin Lənkəran Regional İdarəsinin Xüsüsi Riskli Xilasetmə Xidməti və təcili tibbi yardım stansiyasının əməkdaşları cəlb edilib. Qadın xilas edilib, səhhəti qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR