ABŞ Konqresi "Hizbullah"a qarşı sanksiyaları təsdiq edib

ABŞ Konqresi "Hizbullah"a  qarşı sanksiyaları təsdiq edib
# 26 oktyabr 2017 01:42 (UTC +04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası Livanın "Hizbullah" hərəkatına qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

APA-nın “RT”-yə istinadən verdiyi xəbərə görə, sənəd İrana qarşı tədbirlər paketi çərçivəsində qəbul edilib.

Sanksiyalar "Hizbullah"a maliyyə və yaxud hərbi yardım göstərən fiziki şəxslər və xarici hökumətlərə qarşı tətbiq olunacaq. Nümayəndələr Palatası həmçinin Avropa İttifaqını "Hizbullah"ı terror təşkilatı kimi tanımağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR