Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb
# 03 aprel 2018 09:50 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi açıqlanıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2018-ci il aprel ayının 1-nə 5 mlrd. 508 mln. ABŞ dolları təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 mlrd. 75,3 mln. dollar və ya 24,26% çoxdur. Mart ayı ərzində isə Mərkəzi Bankın valyuta ehtiyatları 120,7 mln. dollar və ya 22,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR