İstismara yararsız avtobuslar açıqlanıb

İstismara yararsız avtobuslar açıqlanıb
# 03 fevral 2017 13:28 (UTC +04:00)

"64, 187, 173 saylı və bir sıra marşrutlarda istismar olunan nəqliyyat vasitələri standartlara cavab vermir". "APA-Economics" xəbər verir ki, bunu daşıyıcılarla keçirilən görüşdə BNA-nın baş direktorunun müşaviri Mübariz Abbasov bildirib.

Onun sözlərinə görə, həmin nəqliyyat vasitələrinin əsaslı təmirə ehtiyacı var: "Biz həmin marşrut xətlərinə yeni nəqliyyat vasitələrinin buraxılmasına çalışacağıq. Anlayırıq ki, indiki durumda daşıyıcıların xətlərə yeni avtobusların buraxılmasına imkanı yoxdur. Ən azından həmin nəqliyyat vasitələri əsaslı təmir olunmalıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR