Nazir Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbil edib

Nazir Hüseyn Bağırov Daşkəsəndə vətəndaşları qəbil edib
# 30 sentyabr 2017 12:04 (UTC +04:00)

Bu gün Daşkəsəndə keçirilən görüşdə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Daşkəsən, Gədəbəy, Samux, Göygöl rayonları və Gəncə şəhərindən olan 40-a yaxın vətəndaşı qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib və müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, qaldırılan bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR