ATƏT baş katibi: "Hər bir "dondurulmuş" münaqişənin öz xüsusiyyəti var"

ATƏT baş katibi: "Hər bir "dondurulmuş" münaqişənin öz xüsusiyyəti var"
# 03 mart 2017 10:08 (UTC +04:00)

“ATƏT ərazisində hər bir “dondurulmuş” münaqişənin öz xüsusiyyəti var”.

APA-nın məlumatına görə, bunu ATƏT baş katibi Lamberto Zanyer Vyanada keçirilən “Avropa təzyiq altında. ATƏT mürəkkəb təhlükəsizlik mühitində” adlı konfransda çıxış edərkən deyib.

L. Zanyerin fikrincə, hazırda qurumda birgə gündəmi müəyyənləşdirmək çətindir.

“Soyuq müharibə” bitəndə, biz elə bildik ki, problemlər həll olundu. Sonra keçmiş Sovet İttifaqı və Yuqoslaviya ərazilərində üzə çıxan münaqişələri gördük. Burada ATƏT-ə ehtiyac bir daha yarandı. “Dondurulmuş” münaqişələrin hər birinin özünəməxsus xüsusiyyəti var. ATƏT-ə müxtəlif siyasi məqsədləri olan, amma birgə coğrafiya və geosiyasəti olan ölkələr daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR