Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib

Cənubi Qafqaz Boru Kəmərinə bu il 657 mln. dollar xərclənib
# 20 noyabr 2017 10:18 (UTC +04:00)

2017-ci ilin üç rübü ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə bağlı fəaliyyətlərə təqribən 21 mln. dollar əməliyyat xərcləri və 636 mln. dollar əsaslı xərclər sərf edilib.


"BP-Azerbaijan"dan "APA-Economics"ə verilən məlumata görə, boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.


Üç rübü ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 20,1 mln. kubmetr qaz olub.


CQBK-nın iki operatoru var - BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.


Cənubi Qafqaz Boru Kəməri şirkətinin səhmdarları bunlardır: BP (operator - 28,8%), TPAO (19%), “Petronas” (15,5%), “AzŞD” (10%), “Lukoil” (10%), NICO (10%) və “Cənub Qaz Dəhlizi Apstrim” (6,7%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR