® “DəmirBank”a etibar edən əmanətçilərin sayı artır

 <font color=red>® </font> “DəmirBank”a etibar edən əmanətçilərin sayı artır
# 12 dekabr 2016 12:43 (UTC +04:00)

2016-cı ilin əvvəlindən müştərilər tərəfindən “DəmirBank”a manat ekvivalentində 181 milyondan artıq vəsait yerləşdirilib.

Bu isə “DəmirBank”ın 27 illik fəaliyyəti dövründə müştəriləri qarşısında qazandığı inam və etibarın göstəricisidir.

DəmirBank müştərilərin tələblərinə uyğun, çox sərfəli şərtlərlə müxtəlif əmanət növləri təklif edir. Əmanətçilərin rahatlığı üçün Bank tərəfindən bir sıra əlavə imkanlar yaradılmışdır. Belə ki, əmanətlərin artırılması prosesinin sadələşdirilməsi məqsədilə, müştərilər üçün Banka məxsus terminallardan vəsait əlavə etmək imkanı yaradılmışdır. Müştərilər əmanətlərini plastik kartda yerləşdirərək vəsaitlərindən məhdudiyyətsiz istifadə etməklə yanaşı faiz gəliri qazana bilərlər.

Bundan əlavə qeyd olunmalıdır ki, hazırda DəmirBank-da “2% hədiyyə” Yeni il kampaniyası mövcuddur. Aksiyanın şərtlərinə əsasən dollarla əmanət yerləşdirmiş müştərilərə illik cari faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi plastik kartda hədiyyə verilir. Qeyd olunmuş aksiya 27 yanvar 2017-ci il tarixinədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR