Yanıq şöbəsinə müraciət edənlərin sayı azalıb

Yanıq şöbəsinə müraciət edənlərin sayı azalıb
# 02 mart 2017 09:06 (UTC +04:00)

“Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yanıq şöbəsinə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri qeydə alınır. Onların bədən səthinin 50 faizi yanmış olur”.

APA-nın xəbərinə görə, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yanıq şöbəsinin müdiri Şöhrət Məmmədov deyib ki, 2015-ci llə müqayisədə ötən il yanıq şöbəsinə müraciət edən xəstələrin sayı xeyli azalıb. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə yanıqdan ölüm halı ötən il xeyli azalıb.

Ş.Məmmədov qeyd edib ki, 2016-cı il ərzində klinikanın yanıq şöbəsində 800 nəfər stasionar qaydada, 1200 nəfər isə ambulator şəraitdə mülaicə edilib. Onun sözlərinə görə, şöbəyə müraciət edənlərin arasında uşaqların sayı çoxluq təşkil edir: “Uşaqlarda ən çox isti su yanıqları müşahidə olunur. Böyüklər də isə daha çox partlayış, eləcə də su yanıqlarına rast gəlinir”.

Ş.Məmmədov əlavə edib ki, bu il şöbədə 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: “Ümumiyyətlə, III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olur. Xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir. Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı böyükdür"

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR