Gürcüstanda güclü külək ciddi fəsadlar törədib

Gürcüstanda güclü külək ciddi fəsadlar törədib
# 07 sentyabr 2017 17:46 (UTC +04:00)

Gürcüstanda güclü külək paytaxt Tbilisi və Rustavi şəhərində ciddi fəsadlara səbəb olub.

APA-nın yerli bürosunun məlumatına əsasən, güclü külək nəticəsində Tbilisinin bəzi mərkəzi küçələrində bir neçə iri gövdəli ağac maşınların və elektrik xətlərinin üzərinə aşıb. Nəticədə maşınlara ciddi ziyan dəyib, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Güclü külək Rustavi şəhərində reklam lövhəsinin aşmasına səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Küləyin yaratdığı fəsadlarla bağlı vətəndaşlardan Fövqəladə Halların İdarə Olunması Agentliyinə çoxlu sayda zəng daxil olub.

Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin Hidrometeorologiya Mərkəzi küləyin sürətinin axşam saatlarında daha da güclənəcəyi barədə xəbərdarlıq edib.

Küləyin sürətinin sentyabrın 8-dən etibarən tədricən azalacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR