"Fiorentina" kapitanının ölümü ilə əlaqədar İtaliyada futbol matçları təxirə salınıb

"Fiorentina" kapitanının ölümü ilə əlaqədar İtaliyada futbol matçları təxirə salınıb
# 04 mart 2018 13:31 (UTC +04:00)

Bu gün İtaliyada futbol üzrə çempionatın 27-ci turu çərçivəsində keçirilməsi nəzərdə tutulan matçların hamısı təxirə salınıb.

APA-nın "Football Italia" portalına istinadən verdiyi məlumata görə, matçların təxirə salınması "Fiorentina" komandasının 31 yaşlı müdafiəçisi və kapitanı David Astorinin ölümü ilə əlaqədardır.

D. Astori ötən gecə İtaliyada mehmanxanalardan birinin nömrəsində ölmüş vəziyyətdə tapılıb.

Qeyd edək ki, 2015-ci ildən Fiorentina komandasında çıxış edən D. Astori əvvəllər "Roma" i "Kalyari" komandalarında oynayıb. İtaliya yığmasında da 14 oyun keçirən D. Astori 1 qol da vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR