Qax sakini bıçaqlanıb

Qax sakini bıçaqlanıb
# 02 aprel 2018 20:02 (UTC +04:00)

Qaxda 28 yaşlı kişi bıçaqlanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saat 15 radələrində rayonun Qapıçay kənd sakini 28 yaşlı Cəfər Xulis oğlu Veysalidze sol ayağının bud və baldır nahiyəsindən kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Cəfər Veysalidzenin bıçaqlanması məlum olub.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR