Rusiya, Türkiyə və İran Suriyada terrorçu qrupların zərərsizləşdirilməsi barədə razılığa gəlib

Rusiya, Türkiyə və İran Suriyada terrorçu qrupların zərərsizləşdirilməsi barədə razılığa gəlib
# 21 noyabr 2017 11:57 (UTC +04:00)

Rusiya, Türkiyə və İran silahlı qüvvələrinin Baş Qərargah rəisləri Suriyada İŞİD və “Cəbhat-ən-Nüsra” kimi təşkilatların qalan bölmələrinin zərərsizləşdirilməsinə dair konkret addımlar barədə razılığa gəliblər.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Soçidə türkiyəli həmkarı Hulusi Akar və iranlı həmkarı Məhəmməd Baqeri ilə görüşüb.


Görüş zamanı tərəflər Suriyadakı hazırkı vəziyyəti, terror qruplarının zərərsizləşdirilməsinə dair gələcək addımları, deeskalasiya zonasında təhlükəsizliyinin təmin edilməsi və siyasi həll prosesinə keçid məsələlərini müzakirə ediblər. İdlib vilayətindəki deeskalasiya zonasında koordinasiya işlərinin səviyyəsinin artırılması barədə razılığa gəlinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR