Şəkidə qonşular arasında torpaq üstündə dava düşüb, bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib - VİDEO

Şəkidə qonşular arasında torpaq üstündə dava düşüb, bir nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib - <span style="color: red;">VİDEO
# 29 iyul 2015 07:11 (UTC +04:00)

Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kənd sakini, 1958-ci il təvəllüdlü İslam Mədət oğlu İsayev döyülmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 57 yaşlı İslam İsayevə qapalı kəllə-beyn travması və sifətin əziyi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-ya verilən məlumata görə, rayonun Çayqaraqoyunlu kəndində İslam İsayevlə qonşuları arasında torpaq üstündə münaqişə yaranıb.

Münaqişə zəminində iyulun 28-i səhər saatlarında İslam İsayev qonşusunu döyüb. Həmin gün axşam saatlarında yenidən yaranan münaqişə zəminində isə qonşuları İslam İsayevi döyərək ona ağır bədən xəsarətləri yetiriblər.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR