Tovuzda avtomobil maneəyə çırpılıb, iki polis xəsarət alıb

Tovuzda avtomobil maneəyə çırpılıb, iki polis xəsarət alıb
# 30 avqust 2017 07:00 (UTC +04:00)

Tovuzda iki polisin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kəndində Tovuz rayon Polis Şöbəsinə məxsus xidməti avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə iki polis əməkdaşı, rayon sakinləri - 25 yaşlı Xəyal Məmmədov və 26 yaşlı Arzu Qəhrəmanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR