KİV: Rusiya “İsgəndər” taktiki raket kompleksləri alması üçün Ermənistana faizsiz kredit verəcək

KİV: Rusiya “İsgəndər” taktiki raket kompleksləri alması üçün Ermənistana faizsiz kredit verəcək
# 03 aprel 2018 09:32 (UTC +04:00)

Rəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə Ermənistanda nəşr olunan “Jamanak” qəzeti mənbəyə istinadən xəbər yayıb.

Bildirilir ki, bu dəfə kredit əvvəlkilərdən fərqli olaraq faizsiz veriləcək.

“Kredit çərçivəsində alınması planlaşdırılan “İsgəndər” taktiki raket komplekslərinin Azərbaycanla sərhəd bölgələrində yerləşdirilməsi nəzərdə tutulur”, - deyə qəzet yazır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR