Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açılıb

Ermənistanda parlament seçkiləri ilə bağlı cinayət işi açılıb
# 03 aprel 2017 09:57 (UTC +04:00)

Ermənistan Baş Prokurorluğu tərəfindən bazar günü keçirilən parlament seçkiləri zamanı təkrar səsverməyə cəhd faktları ilə bağlı 6 cinayət işi açılıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən verdiyi məlumata görə, bir cinayət işi üzrə 1 nəfər saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, 392 müraciət üzrə seçki cinayəti əlaməti müşahidə edilib: “Onlardan 121-i başqasının yerinə səs vermə və ya təkrar səs vermə, 115-i seçicinin özünüifadə hüququna maneə, 77-si gizli səsvermə hüququnun pozulması, 63-ü KİV nümayəndələrinin, komissiyanın, müşahidəçilərin fəaliyyətinə əngəl törətmə, 15-i rüşvət verməyə cəhd və biri seçici siyahısının tərtib olunması zamanı pozuntuya yol verməklə bağlı olub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR