AŞPA Azərbaycanda islahatlara yenilənmiş təkan verməyə çağırıb

AŞPA Azərbaycanda islahatlara yenilənmiş təkan verməyə çağırıb
# 09 mart 2017 06:32 (UTC +04:00)

AŞPA Azərbaycanda islahatlar prosesinə yenilənmiş təkan verməyə çağırıb. APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, bu badədə yanvarın 12-14-də AŞPA-nın monitorinq aparan həm-məruzəçilərin Azərbaycana etdiyi səfərin yekunlarına dair yaydığı məlumat qeydində deyilir.

Stefan Şenah və Sezar Florin Predanın səfər ilə bağlı hazırladığı qeyddə bildirilir ki, Azərbaycan hakimiyyəti ilə dialoqun davam etdirilməsi mühümdür. Həmçinin qeyd olunur ki, avropalı millət vəkilləri ölkədəki QHT qanunvericiliyi, hüquq-mühafizə orqanları tərəfindən kobud rəftar, ədliyyə sistemin islahatları, Konstitusiyaya edilən sonuncu dəyişikliklər, azadlıqdan məhrum olanların və söz azadlığın vəziyyəti ilə bağlı qiymətlərdirilməsini yeniləyib.

Qeyd edək ki, S. Şenah və S. F. Preda Azərbaycanda olarkən ölkə prezidenti, hökumət və parlamentin aparıcı üzvləri, cəmiyyət, jurnalist, parlamentdən kənar müxalif partiyaların və beynəlxalq ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib. Bundan əlavə, avropalı millət vəkilləri Xədicə İsmayılova, Mehman Hüseynov, bundan başqa İlqar Məmmədov daxil olmaqla bir sıra həbsdə olan şəxslərlə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR